Hidroizolyasiya üçün bentonit
Bentonit matları – geosintetik hidroizolyasiya materialıdır ki, onun aktiv komponenti geotekstil çərçivəsində bərabər paylanmış bentonit qranulları və ya tozudur. Bentonit matları su keçirməyən ekranların qurulmasında, həmçinin dərində yerləşən tikinti konstruksiyalarının nəmdən və çirkləndirici maddələrin torpağa və yer altı sulara keçməsindən qorunması üçün tətbiq olunur.
Bentonit matlarının xüsusiyyətləri və üstünlükləri:
- Yüksək hidroizolyasiya xüsusiyyətlərinə malikdir. Filtrasiya əmsalı 0.7×10-11 m/s-dən azdır;
- Zədələndikdə özünü bərpa edir;
- Möhkəmdir, yırtılma, sürüşmə və torpaq çökməsinə qarşı davamlıdır;
- Ekolojı cəhətdən təhlükəsizdir, ətraf mühit üçün zərərsizdir.
- Qənaətcildir, maliyyə xərclərini və təmir iş vaxtını azaldır;
- Uzunömürlüdür, istifadə müddəti 65 ildən coxdur;
Bentonit şnuru – dəirəvi və düzbucaqlı kəsiyə malik, müxtəlif ölçülərdə suya qarşı şişən hidroizolyasiya jqutudur. Formul sayəsində su ilə təmas etdikdə həcmini 200%-ə qədər artıraraq, suyun təsirinə məruz qalan tikiş və birləşmələrin hermetizasiyasını təmin edir.
Tətbiq sahələri:
- Betonlaşdırmanın “soyuq tikişlərinin” izolyasiyası;
- Hasarlayıcı konstruksiyalarla kommunikasiyaların keçid yerlərinin izolyasiyası;
- Dəmir-beton və beton elementlərin birləşmələrinin hermetizasiyası.
Bentonit şnurun xüsusiyyətləri:
- Yüksək hidroizolyasiya xüsusiyyətləri;
- Yüksək şişmə qabiliyyəti;
- Yaxşı elastiklik:
– 180°-yə dönüş etmək imkanı;
– Səthə sıx şəkildə yapışır; - İstismar müddəti ərzində xüsusiyyətlərini qoruyur;
- Limitsiz sayda “hidratlaşma-dehidratlaşma” proseslərə dözür;
- Qənaətcilik: quraşdırılması sürətli və asandır;
- Temperatur diapazonu:
– Quraşdırma zamanı: -15°C-dən +50°C-yə qədər;
– İstismar zamanı heç bir məhdudiyyət yoxdur; - Özünə və quraşdırma səthlərinə (beton, metal, plastik) əla yapışma qabiliyyəti.