Pişik tualetində doldurucu material kimi istifadə olunan bentonit
Bentonit gili yüksək bağlama qabiliyyətinə və yaxşı adsorbsiya xüsusiyyətlərinə malikdir, bu da onu pişik tualetləri üçün doldurucuların istehsalında istifadə etməyə imkan verir.
Bentonit gilindən doldurucular, pişiyin yaşadığı evdə rahatlığı və səliqə-səhmanı qorumaq üçün qənaətcil bir vasitədir. Bu gillər mayeni effektiv şəkildə udur, xoşagəlməz qoxuları neytrallaşdırır. Bentonitin təbii mənşəyi və doldurucunun xoş teksturası pişiklərə təbii mühitə daha yaxın hiss etməyə kömək edir, ona görə də bentonit doldurucu pişik balasını tabağa öyrətmək üçün uyğundur.
Bentonit doldurucuların üstünlükləri:
- 100% təbii məhsul. Tabağa öyrətmək çətin olmur, pişiklər təbii instinktlərinə əməl edərək ilk dəfən tabağa həvəslə oyrəşirlər.
- Bərk yumru topların əmələ gəlməsi doldurucunun istifadəsini çox rahat və qənaətcil edir: Əvvəlki səviyyəyə doldurucu əlavə edərək yaranan topları və bərk tullantıları çıxarmaq kifayətdir.
- Dərhal maye udma. Bentonitin yüksək adsorbsiya qabiliyyətinə görə (300% -ə qədər), doldurucu mayeni tamamilə udur. Tabağa həmişə quru qalır, ev heyvanının pəncələri və tükləri təmiz olur.
- Xoşagəlməz qoxularla effektiv mübarizə aparır. Bentonit xoşagəlməz qoxuların səbəblərindən biri olan bakteriyaların çoxalmasının qarşısını alan ən güclü təbii sorbentdir.
- Təhlükəsizlik və ətraf mühitə uyğunluq. Bentonit gili istilik emalına məruz qalır, buna görə də material həm fiziki təmasda, həm də təsadüfdən daxilə qəbul zamanı insanlar və heyvanlar üçün tamamilə təhlükəsizdir.
“AzRosPromİnvest” MMC pişik tualetlərinin istehsalında istifadə olunan bentonit qranulları istehsal edir.