Missiya

Müəssisəmizin missiyası beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və innovativ bentonit əsaslı məhsullarla istehlakçıları təmin etməkdir. Missiyanın icrası bizə yerləşmə regionunda iqtisadi və sosial məqsədləri həyata keçirməyə və əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa imkan verir.

Missiyanı yerinə yetirmək və strateji məqsədə nail olmaq üçün müəssisə korporativ dəyərlərə əsaslanır:

  • Əməyin qiymətləndirilməsində ədalət və obyektivlik – müəssisə kadrların maddi həvəsləndirmə sistemini daim təkmilləşdirir, Hər bir işçinin peşəkar və yaradıcı potensialının reallaşdırılması üçün imkanlar yaradır, təşəbbüsü, innovasiya təkliflərini və yeni ideyaları dəstəkləyir;
  • Gənaətcillik – hər bir işçi resurslardan qənaətlə və səmərəli istifadəyə, müəssisənin əmlakının qoruyub saxlanmasına cavabdehdir;
  • Əməyin təhlükəsizliyi – İşçilərin təhlükəsizliyi müəssisənin əsas prioritetidir. İş elə qurulub ki, insanların sağlamlığına və həyatına zərər dəyməsin. Hər bir işçi özünün və həmkarlarının təhlükəsizliyinə cavabdehdir;
  • Birlik müəssisədə yaxşı əlaqələndirilmiş vahid bir komanda işləyir. Müəssisənin çətinlikləri və yaranan problemləri birlikdə həll olunur. Bir-birinə qarşı diqqət, təmənnasız yardım və qayğı bir-biri ilə ünsiyyətdə əsas qaydalardır.

Müəssisə öz prioritetlərinə əməl etməklə və öz dəyər sistemi əsasında hərəkət etməklə məqsədlərinə çatacağına, işçiləri isə onun rəqabət üstünlüyünün təməli olacağına əmindir.