MÜƏSSİSƏ HAQQINDA
MƏHSULLAR
XƏBƏRLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQQINDA
AZE | РУС | ENG
Azərbaycan - Rusiya birgə müəssisəsi “AzRosPromİnvest”/

«АzRPİ» BM - bentonit gilinin çıxarılması, emalı və satışı ilə məşğul olan müəssisədir
Onun tərkibinə daxildir:
- Bentonit gili çıxaran mədən;
- Dağ Filizsaflaşdırma Kombinatları üçün bentonit gilindən bentonit tozu və qranul bentonit emal edən zavod,
- Filiz idarəsi

30 may 2007 -ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan - Rusiya birgə müəssisəsi olan "AzRosPromİnvest" MMC -nin I növbəsinin təntənəli surətdə açılışı oldu. Açılışda Azərbaycan
Respublikasının hökumət üzvləri, "AzRosPromİnvest" MMC  və "Bentonit" MMC -nin direktorlar
şurasının sədrləri Natiq Şirinzadə və Aleksandr Vetyuqov iştirak edirdilər.

2008 -ci ildə isə qəlib və qazma məhlulu üçün, həmiçinin kənd təsərrüfatı və digər istehsalat sahələri üçün yüksək keyfiyyətli bentonit tozu emal edən sex işə salındı.

İstehsalat gücü ildə 370 min ton bentonit məhsulu emal etməyə imkan verir, o, cümlədən:
- DFSK üçün bentonit gili - 270 min. ton./ıl;
- Bentonit tozu - 80 min ton./il;
- Qranul bentonit gili - xüsusi bentonit məhsulları hazırlamaq üçün - 20 min ton./il.

Qabaqcıl elmi - texniki təcrübə və istehsalat potensialı MDB ölkələri üzrə bentonit bazarında "AzRPİ" BM -ni lider mövqeyinə çıxartmışdır.
Müəssisə ixtisaslaşmış şəxsi heyyət, fərdi istehsalat binaları və müasir yüksək texnologiayaya malik qurğularla təmin olunub.
Müasir avadanlıqlarla təchiz olunmuş laboratotiya emal olunan və satılan məhsulun keyfiyyət göstəricilərinə daim nəzarət edir.
Göstərilən faktorlar bazarın artan təlabatını ödəmək üçün istehsal həcmini artırmağa imkan yaradır. 

 

 

Müəssisə bentonit istehsalında yeni sistemlərin ardıcıl olaraq reallaşdırılması strategiyasını həyata keçirir.Keyfiyyət üzrə yeni məhsulların buraxılması müəssisənin bazarda stabil mövqədə dayanmasına kömək edir.

Əldə edilmiş iş təcürbəsi, alıcı təşkilatlara diqqətlə yanaşmaq, yüksək keyfiyyətli, müxtəlif növlü məhsulu avropa bazarlarına çıxmaq üçün satış həcminin artırılmasına imkan yaradır.

"AzRosPromİnvest" birgə müəssisəsinin məhsul istehsalı üzrə texnologiyası beynəlxalq patentlə mudafiə olunur.

 

Copyright © 2016 Azrosprominvest! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır