AzRosPromİnvest
Azərbaycan-Rusiya birgə müəssisəsi
«AzRosPromİnvest» MMC
Azərbaycan-Rusiya birgə müəssisəsi
«AzRosPromİnvest» MMC
Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” MMC 2006-cı ildə yaradılıb. “AzRosPromİnvest” MMC bentonitin hasilatı və emalı üzrə istehsalat müəssisəsidir. Xammal bazası Qazax rayonunda yerləşən unikal yüksək keyfiyyətli təbii natriumlu «Daş - Salahli» bentonit gili yatağıdır.
Məhsullar
“AzRosPromİnvest” metallurgiya və neft-qaz sənayesi, tökmə sənayesi, tikinti, kənd təsərrüfatı, şərabçılıq, pişik tualetləri üçün doldurucuların istehsalı və digər sahələr üçün dünya analoqlarından geri qalmayan bentonit məhsulları istehsal edir.
«AzRosPromİnvest» — Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadəyə, eləcə də qarşılıqlı beynəlxalq tərəfdaşlığa yönəlmiş müasir müəssisədir. Müəssisə fəaliyyət göstərdiyi rayonun sosial-iqtisadi rifahına layiqli töhfə verir.
Tətbiq sahələri
Metallurgiya
dəmir filizi kürəciklərinin, aglomerat və tullantıların briketlənməsi üçün bağlayıcı
Qəliblə metal tökmə sənayesi
qəliblə metal tökmə, metal məmulatlarınin istehsalı üçün qum-gilli qarışıqlarında bağlayıcı
Hidroizolyasiya
bentonit matlarının və şnurlarının suya davamlılığını təmin edən aktiv komponenti
Neft və qaz sənayesi
qazma və tamponaj məhlulları üçün yüksək dispersli strukturyaradıcı maddə
Mülki inşaat
kommunikasiya xətlərinin çəkilməsi, tunellərin və bünövrələrin tikintisi üçün hidroizolyasiyaedici və reoloji əlavələr
Kənd təsərrüfatı
heyvan yemləri və əlavələrinin tərkibində mikotoksinlərin sorbsiyası üçün mineral komponent
Şərabçılıq
şərabların, şərab sənayesində horraları, şərab materiallarını durulaşdırılması, stabilləşdirilməsi üçün texnoloji vasitələr
Pişik tualetlərində
yüksək udma qabiliyyətinə malik topalanan pişik tualetində doldurucu