Qəliblə metal tökmə sənayesi üçün bentonit
Tökmə metal məmulatlarınin istehsalı üçün ən çox istifadəolunan üsuldur. Hal-hazırda 100-dən çox müxtəlif tökmə üsulu məlumdur. Bununla belə, qara metal tökmələr (çuqun, polad) qəlib qumu (adətən kvars), gilli bağlayıcı və texnoloji əlavələrdən ibarət dirbirdəfəlik qum-gilli qəliblərində əldə edilir. Bentonit gilləri belə qum-gil qarışıqlarında (QGQ) bağlayıcı kimi istifadə olunur.
Qum-bentonit qarışıqlarında tökmələrin istehsalı prosesi sərtləşdirici bağlayıcılarla qəliblərdə tökmə üsulları ilə müqayisədə ekoloji cəhətdən daha təmizdir. Əsas üstünlük, metal ilə qəliblərin tökülməsi zamanı zərərli maddələrin iş sahəsinin atmosferinə minimal buraxılması və zibilxanalara atılan tökmə tullantılarından əhəmiyyətli qənaətdir. Bentonitin qəlibləri metalla tökdükdən sonra bağlama qabiliyyətini bərpa etmək xassələrinə görə tökmə hissələrin kütləvi istehsalı üçün qum-gili qəlib qarışıqlarının təkrar istifadəsinə imkan verir.
Tökmə istehsalı üçün aşağıdakı məhsullar istehsal olunur:
- Qəliblənmə qarışıqları üçün bentonit gili tozları – Daş-Salahli yatağından olan bentonitdən QOST 28177-89-a uyğun istehsal olunur. Əsas göstəricilərə görə, gil tozları QOST tərəfindən standartlaşdırılmış minimum göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir.
| Əsas göstəricilər | Ölçü vahidi | Normativ göstəricilər | Faktiki göstəricilər P1T1А |
| Sıxılmaya davamlılıq həddi, ən azı | kgs/cm2 | 0.9 | 0.95-1.15 |
| Nəmlik yığılan zonada qırılmaya davamlılıq həddi, ən azı | kgs/cm2 | 0.028 | 0.028-0.033 |
| Termiki dayanıqlığı, ən azı | Əd. | 0.6 | 0.6-0.8 |
| Montmorilonitin kütlədə miqdarı, ən azı | % | 30.0 | 85,0-dək |
| Nəmliyin kütlədə miqdarı | % | 6 – 10 | 7-8 |
| Ölçüyə görə ələkdə qalıq, ən çoxu 0,4 mm 0,16 mm | % % | 3.0 10.0 | 3 10 |