Şərabçılıq üçün bentonit
Bentonit şərab sənayesində horraları, şərab materiallarını və yüksək keyfiyyətli şərabları zülallara, geri dönən kolloid və biokimyəvi bulanıqlığa qarşı saflaşdırmaq, həmçinin onların sabitləşməsi üçün istifadə olunur.
Bentonit biokimyəvi bulanıqlığı və arzuolunmaz qoxuları aradan qaldırmaq üçün ideal olan əla adsorbentdir. Saflaşdırma prosesi iki prosesin tandeminə əsaslanır – bulanıq hissəciklərin adsorbsiya və flokulyasiyası. Bentonit zülal çirklərinə yapışır və onları cənin dibinə cokdurur.
Şərabın bulanlı olmasının yeganə səbəbi təbii çöküntülər deyil. Çünki tullantılarda digər tutulmayan “çöküntülər” də qalır: zülal kütləsi (ölü maya qalıqları), maya tullantıları, şərab daşı və s. Buna görə də spesifik çeşiddən asılı olmayaraq içkini qablaşdırmadan əvvəl safaşdırmaq tövsiyə olunur.
Saflaşdırma ilə filtrasiya eyni proses deyil. Filtrasiya üçün müxtəlif flanel və kağız filtrlərdən istifadə olunur, lakin bu səbəbdən içkinin keyfiyyəti və dərəcəsi duşur, buxarlanır. Buna görə də, saflaşdırma daha məsləhətlidir.
Bentonitdən istifadənin əsas üstünlükləri:
- Üzvi və qeyri-üzvi birləşmələrin sorbsiyasının yüksək dərəcəsi;
- İçkinin bioloji sabitliyinin artırılması;
- Daha aşağı dozalarda içkinin yüksək keyfiyyətli saflaşdırması və dayanıqlığının əldə edildiyi digər yapışqan maddələrlə uyğunluq;
- Emal zamanı məhsulun keyfiyyəti və dadı dəyişməz olaraq qalır.