Məxfilik Siyasəti

  1. Giriş
    1.1. Bu “AzRosPromİnvest” MMC-nin internet saytının istifadəçilərinin fərdi məlumatlarının məxfillik siyasəti (bundan sonra – Siyasət) AZ3518, Azərbaycan, Qazax rayonu, Daş Salahlı kəndi ünvanında yerləşən “AzRosPromInvest” MMC-nin (VÖEN: 4200190751) (bundan sonra – Operator) www.azrpi.com saytının istifadəçilərindən əldə edilə biləcək bütün fərdi məlumatlara şamil olunur.
    1.2. Saytdan istifadə etməklə, istifadəçi bu Siyasətlə və burada göstərilən fərdi məlumatlarının işlənməsi və ötürülməsi şərtləri ilə razı olduğunu təsdiq edir. İstifadəçinin öz fərdi məlumatlarının Operatora təqdim olunmasına, işlənilməsinə və ötürülməsinə dair razılığı bu Siyasətə uyğun olaraq tam və şərtsiz hesab olunur. İstifadəçinin öz fərdi məlumatlarının Operatora təqdim olunmasına, işlənilməsinə və ötürülməsinə dair razılığı bu Siyasətə uyğun olaraq tam və şərtsiz hesab olunur.
    1.3. İstifadəçi tərəfindən verilmiş razılıq aşağıdakı əməliyyatlara şamil olunur: şəxsi məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, Operator daxilində və ya fərdi məlumatların mühafizəsi haqqında müqavilə şərtlərinə əməl etməyi öhdəsinə götürən xidmət göstərən tərəfə ötürülməsi, informasiya materiallarının göndərilməsi və ya reklam məqsədləri üçün istifadəsi, transsərhəd ötürülməsi, bloklanması, anonimləşdirilməsi və məhv edilməsi.
  2. Terminlər və anlayışlar
    Bu Əsasnamədə istifadə olunan terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:
    2.1. Saytın administrasiyası — “AzRosPromInvest” MMC adından hərəkət edən və sayta rəhbərlik etməyə səlahiyyətli olan işçilərdir. Onlar fərdi məlumatların emalını təşkil edir və (və ya) həyata keçirir, fərdi məlumatların işlənilməsinin məqsədlərini, emala məruz qalan fərdi məlumatların tərkibini, həmçinin fərdi məlumatlarla aparılan hərəkətləri (əməliyyatları) müəyyən edirlər;
    2.2. Fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;
    2.3. Fərdi məlumatların işlənilməsi (emalı) — fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi);
    2.4. Fərdi məlumatların məxfiliyi — Cəmiyyət və ya fərdi məlumat subyektinin fərdi məlumatlarına çıxışı olan digər şəxslər üçün məcburi olan tələbdir. Bu tələbə əsasən, fərdi məlumat subyektinin razılığı olmadan və ya digər qanuni əsas olmadan fərdi məlumatların yayılmasına yol verilmir.
    2.5. Saytın istifadəçisi — internet şəbəkəsi vasitəsilə Sayta çıxışı olan və Saytdan istifadə edən şəxs;
    2.6. Cookies (kukilər) — veb-server tərəfindən göndərilən və istifadəçinin kompüterində saxlanılan kiçik məlumat fraqmentidir. Veb-müştəri və ya veb-brauzer hər dəfə müvafiq saytın səhifəsini açmaq istədikdə həmin fraqmenti HTTP sorğusu ilə veb-serverə ötürür;
    2.7. IP ünvanı — IP protokolu əsasında qurulmuş kompüter şəbəkəsində qovşağın unikal şəbəkə ünvanı.
  3. Ümumi müddəalar
    3.1. Saytdan istifadə edilməsi, İstifadəçinin bu Siyasət və onunla müəyyən edilmiş fərdi məlumatlarının emalı şərtləri ilə razılaşması deməkdir.
    3.2. Əgər İstifadəçi Siyasətin şərtləri ilə razı deyilsə, dərhal Saytdan istifadəyə xitam verməlidir
    3.3. Bu Siyasət yalnız www.azrpi.com saytına şamil olunur. Saytda mövcud olan keçidlər vasitəsilə İstifadəçinin daxil ola biləcəyi üçüncü şəxslərin saytlarına Operator nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
    3.4. Saytın administrasiyası İstifadəçi tərəfindən təqdim edilən fərdi məlumatların düzgünlüyünü yoxlamır.
  4. Məxfilik Siyasətinin predmeti
    4.1. Bu Siyasət Saytın administrasiyasının İstifadəçi tərəfindən Saytda qeydiyyatdan keçərkən təqdim etdiyi Fərdi məlumatların açıqlanmamasına və onların məxfiliyinin qorunması rejiminin təmin edilməsinə dair öhdəliklərini müəyyən edir.
    4.2. Bu Siyasət çərçivəsində emalına icazə verilən fərdi məlumatlar İstifadəçi tərəfindən www.azrpi.com. Saytında “Məhsul sifariş et” bölməsində yerləşdirilən əks-əlaqə formasının doldurulması yolu ilə təqdim olunur və aşağıdakı məlumatları əhatə edir:
    4.2.1. İstifadəçinin adı;
    4.2.2. Şirkətin adı;
    4.2.3. Elektron poçt ünvanı (e-mail).
    4.3. Sayt reklam bloklarının baxışı və səhifələrin ziyarəti prosesində avtomatik ötürülən məlumatların qorunmasını SSL şifrələməsi və HTTPS protokolu vasitəsilə təmin edir:
    – IP ünvanı;
    – kukilərdən (cookies) əldə olunan məlumat;
    – brauzer (və ya giriş üçün istifadə olunan digər proqram) haqqında məlumat;
    – giriş vaxtı;
    – baxılan səhifənin ünvanı;
    – yönləndirici (əvvəlki səhifənin ünvanı).
    4.3.1. Kukilərin deaktiv edilməsi Saytın müəyyən avtorizasiya tələb edən bölmələrinə girişin mümkünsüzlüyünə səbəb ola bilər.
    4.3.2. Analitika modulları vasitəsilə Sayt öz ziyarətçilərinin IP ünvanları üzrə statistik məlumatların toplanmasını həyata keçirə bilər. Bu məlumatlar texniki problemlərin aşkar edilməsi və həlli, habelə statistik məlumatların toplanması məqsədilə istifadə olunur.
    4.4. Yuxarıda sadalanmayan digər fərdi məlumatlar (istifadə olunan brauzerlər, əməliyyat sistemləri və s.) etibarlı şəkildə saxlanılır və yayılmır, istisna hallar yalnız bu Siyasətin 6.2-ci bəndində nəzərdə tutulmuşdur.
    4.5. Operator kuki fayllarından əldə edilən məlumatları heç bir üçüncü şəxsə ötürmür, açıqlamır və “Bentonit” Şirkətlər Qrupuna daxil olmayan şəxslərlə paylaşmır.
  5. İstifadəçinin fərdi məlumatlarının toplanmasının məqsədləri.
    5.1. Saytın administrasiyası İstifadəçinin fərdi məlumatlarından aşağıdakı məqsədlər üçün istifadə edə bilər:
    5.1.1. İstifadəçiyə Saytın fərdiləşdirilmiş resurslarına çıxışın təmin edilməsi.
    5.1.2. İstifadəçi ilə əks-əlaqənin qurulması, o cümlədən Saytdan istifadə, xidmətlərin göstərilməsi, İstifadəçidən gələn sorğu və müraciətlərin emalı ilə bağlı bildirişlərin göndərilməsi.
    5.1.3. İstifadəçinin mövqeyinin müəyyən edilməsi, təhlükəsizliyin təmin olunması və fırıldaqların qarşısının alınması.
    5.1.4. İstifadəçi tərəfindən təqdim edilmiş fərdi məlumatların düzgünlüyü və tamlığının təsdiqlənməsi.
    5.1.5. Saytdan istifadə zamanı yaranan problemlər zamanı İstifadəçiyə səmərəli müştəri və texniki dəstəyin göstərilməsi.
    5.1.6. İstifadəçinin razılığı əsasında məhsul yeniləmələri, xüsusi təkliflər, qiymət məlumatları, xəbər bülleteni və digər məlumatların Sayt adından təqdim edilməsi.
    5.1.7. İstifadəçinin razılığı ilə reklam fəaliyyətlərinin həyata keçirilməsi.
  6. Fərdi məlumatların emal üsulları və müddətləri.
    6.1. İstifadəçinin Fərdi məlumatlarının işlənilməsi müddət məhdudiyyəti olmadan, hər hansı qanuni üsulla, o cümlədən Fərdi məlumatların informasiya sistemlərində avtomatlaşdırılmış informasiya texniki vasitələrdən istifadə etməklə və ya istifadə etmədən həyata keçirilir.
    6.2. İstifadəçinin Fərdi məlumatları yalnız Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar və qaydalar üzrə səlahiyyətli orqanlara təqdim oluna bilər.
    6.3. Fərdi məlumatların itirilməsi və ya açıqlanması halında Saytın administrasiyası İstifadəçini bu barədə məlumatlandırır.
    6.4. Saytın administrasiyası İstifadəçinin fərdi məlumatlarının qanunsuz və ya təsadüfi giriş, məhv etmə, dəyişdirmə, bloklama, surətini çıxarma, yayma, həmçinin üçüncü şəxslərin digər qanunsuz hərəkətlərindən qorunması üçün zəruri təşkilati və texniki tədbirlər görür.
    6.5. Saytın administrasiyası İstifadəçi ilə birgə Fərdi məlumatların itirilməsi və ya açıqlanması nəticəsində yaranan zərərlərin və digər mənfi nəticələrin qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçirir.
  7. Tərəflərin öhdəlikləri
    7.1.1. İstifadəçinin öhdəlikləri:
    7.1.2. Saytdan istifadə üçün zəruri olan fərdi məlumatları təqdim etmək.
    7.1.3. Alınmış məlumatları yalnız bu Siyasətin 5-ci bəndində göstərilən məqsədlər üçün istifadə etmək.
    7.2. Saytın administrasiyasının öhdəlikləri:
    7.2.1. Alınmış məlumatları yalnız bu Siyasətin 5-ci bəndində göstərilən məqsədlər üçün istifadə etmək.
    7.2.2. Fərdi məlumatların qorunmasını təmin etmək, 6.2. və 6.3. bəndlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin əvvəlcədən yazılı icazəsi olmadan açıqlamamaq, həmçinin İstifadəçinin təqdim etdiyi fərdi məlumatları satmamaq, dəyişdirməmək, nəşr etməmək və ya digər yollarla açıqlamamaq.
    7.2.3. İstifadəçinin fərdi məlumatlarının məxfiliyini qorumaq üçün zəruri tədbirlər görmək, bu cür məlumatların qorunması üçün mövcud işgüzar dövriyyədə adətən istifadə olunan qaydalara uyğun olaraq.
    7.2.4. İstifadəçi, onun qanuni nümayəndəsi və ya fərdi məlumat subyektlərinin hüquqlarını qoruyan səlahiyyətli orqan müraciət etdikdə və ya sorğu göndərdikdə, həmçinin yalnış fərdi məlumatlar və ya qanunsuz hərəkətlər aşkar olunduqda, İstifadəçiyə aid müvafiq fərdi məlumatların bloklanmasını yoxlama müddəti ərzində təmin etmək.
  8. Tərəflərin məsuliyyəti
    8.1. Bu Siyasətinin 6.2., 6.3. və 8.2. bəndlərində göstərilmişdir hallar istisna olmaqla, Saytın administrasiyası öz öhdəliklərini yerinə yetirmədikdə, fərdi məlumatların qanunsuz istifadəsi ilə bağlı İstifadəçinin məruz qaldığı zərərə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
    8.2. Fərdi məlumatların itirilməsi və ya açıqlanması (yayılması) təqdirdə Saytın administrasiyası məsuliyyət daşımır, əgər həmin Fərdi məlumatlar:
    8.2.1. itirilmə və ya açıqlanmadan əvvəl artıq ictimaiyyət üçün açıq olmuşdursa;
    8.2.2. Saytın administrasiyası tərəfindən əldə edilməmişdən əvvəl üçüncü tərəfdən alınmışdır;
    8.2.3. İstifadəçinin razılığı ilə açıqlanmışdır.
  9. Mübahisələrin həlli
    9.1. Saytın İstifadəçisi ilə Saytın administrasiyası arasındakı münasibətlərdən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməzdən əvvəl pretenziya (mübahisənin könüllü həlli barədə yazılı təklif) təqdim edilməlidir.
    9.2. Pretenziyanı alan tərəf aldığı gündən etibarən 30 təqvim günü ərzində pretenziyanın araşdırılmasının nəticələri barədə yazılı məlumat verir.
    9.3. Razılığa gəlinmədikdə, mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəməyə təqdim edilir.
    9.4. Bu Siyasətə və İstifadəçi ilə Saytın administrasiyası arasındakı münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi şamil edilir.
  10. Əlavə şərtlər
    10.1. Saytın administrasiyası İstifadəçinin razılığı olmadan bu Siyasətə dəyişikliklər etmək hüququna malikdir.
    10.2. Yeni Siyasəti baş direktor tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.
    10.3. Bu Siyasətlə bağlı bütün təklif və suallar info@azrpi.com ünvanına göndərilməlidir.
    10.4. Qüvvədə olan Məxfilik Siyasəti bu səhifədə yerləşdirilmişdir.