Müəssisənin inkişaf tarixi
1965-ci ildə Azərbaycan Respublikasının Qazax rayonu ərazisində, Daş Salahlı kəndi yaxınlığında yerləşən təbii natriumlu «Daş-Salahlı» bentonit gil yatağı kəşf edilmişdir.
2006 – Daş-Salahlı bentonit gil yatağının işlənməsi üçün öz resurslarını birləşdirmək qərarına gələn Rusiyanın «Bentonit» Elmi-İstehsalat Birliyi» MMC və Azərbaycanın «Daş Salahlı Bentonit» ASC arasında «AzRosPromİnvest» MMC Azərbaycan-Rusiya birgə müəssisəsinin yaradılması haqqında saziş imzalanıb.
2007 – Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə zavodun birinci mərhələsinin təntənəli açılışı baş tutdu. Bentonit gili emalı zavodu rekord qısa müddətdə tikilib. Elə həmin il gilin aktivləşdirmə xətti işə salındı və istehlakçılara təbii və aktivləşdirilmiş gilin müntəzəm tədarükünə başlanıldı.
2008 – Qurutma və üyütmə sexi də daxil olmaqla, gil tozunun istehsalı üzrə texnoloji xətt işə salındı.
2009 – Rusiya və Belarusiyadakı tökmə zavodlarına benonit tozların müntəzəm tədarükünə başlanıldı.
2010 – Rusiyanın dağ-saflaşdırıcı kombinatlarına illik 50 min ton bentonit məhsullarının sabit tədarükünə nail olunub.
2011 – Zavod laboratoriyasının İSO 9001-2008 keyfiyyət standartı üzrə sertifikatlaşdırılması.
2012 – Bentonit tozlarının daxili bazara müntəzəm tədarükünə başlanılıb. Qazma üçün gil tozunun «Socar» Dövlət Neft Şirkətinə göndərilməsi üçün uzunmüddətli müqavilə imzalandı.
2013 – İllik məhsul tədarük həcmi iki dəfə artaraq 100 min ton təşkil edib.
2016 – Qərb bazarına, ilk növbədə İtaliya və Polşaya aktiv tədarüklərin başlanması.
2017 – Bentonit qranullarının istehsalı üçün daha bir texnoloji xətt işə salındı.
2019 – Şərqi və Cənub-Şərqi Asiyaya (Yaponiya, Çin, İndoneziya daxil olmaqla) aktiv tədarüklərin başlanması.
2024 – Məhsul istehsalı və satışının həcmi ildə 200 min tondan çox olmuşdur.